Üç ayda Bakıda 8,7 milyon ton neft, 7,7 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

2021.05.07 14:07 (UTC+04:00)

Yanvar-mart aylarında Bakıda xam neft hasilatı 8 milyon 703,4 min ton (qaz kondensatı daxil olmaqla), təbii qaz istehsalı isə 10 milyard 549 milyon kubmetr olub. Həmin həcmdən 7 milyard 796,1 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabatda qeyd olunur ki, birinci rübdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 6,8 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən 3 faiz azalıb.