Paytaxtda tikinti materiallarının istehsalı artıb

2021.05.06 17:14 (UTC+04:00)

Cari ilin birinci rübündə paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 13,7 faiz artaraq 95,5 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ötən ilin yanvar-mart aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalında 65,3 faiz, tikinti gipsinin istehsalında isə 17,2 faiz artım müşahidə olunub.