İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.