Bugünkü valyuta hərracında tələb 24,3 milyon dollar olub

2021.05.06 13:08 (UTC+04:00)

Mayın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 24,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.