Üç ayda qida və içki məhsullarının istehsalında artım olub

2021.05.06 12:35 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 321,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, ötən ilin yanvar-mart ayları ilə müqayisədə qida məhsullarının istehsalında 5,6 faiz, içki istehsalında 20,4 faiz artım, tütün məmulatlarının istehsalında isə 96,9 faiz azalma müşahidə olunub.