Paytaxtda əsas kapitala yönəldilən vəsaitin 73,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

2021.05.06 11:03 (UTC+04:00)

Cari ilin birinci rübündə paytaxt üzrə əsas kapitala 1 milyard 975,3 milyon manat məbləğində, yaxud 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz az vəsait yönəldilib.

Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 446,8 milyon manatı və ya 73,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.