“ƏDVGeriAl” innovativ layihəsinə başlanmasından 1 il ötür.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var. Layihənin başlamasından indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb”, - deyə nazir diqqətə çatdırıb.