Yanvar-mart aylarında Bakının ticarət dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 5 milyard 366,7 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2 milyard 749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8 faiz azalaraq 2 milyard 617 milyon manat təşkil edib.
İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.