Mikayıl Cabbarov: CAREC Proqramı regionunun çoxtərəfli iqtisadi əlaqələrinə töhfə verəcək

2021.05.04 17:04 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin həmsədrlik etdiyi Asiya İnkişaf Bankının İllik Toplantısı çərçivəsində CAREC Proqramının yüksək səviyyəli sessiyasında rəqəmsal transformasiya vasitəsilə regional əməkdaşlıq istiqamətlərinin yenidən müəyyən edilməsi mövzusunda müzakirələr apardıq.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Hesab edirəm ki, fəal diskussiya və məhsuldar dialoq CAREC regionunun çoxtərəfli iqtisadi əlaqələrinə töhfə verəcək”, - deyə nazir bildirib.