May ayının 21-dən Rusiyada vergi çıxılmalarını əldə etmək üçün qaydalarda dəyişiklik olacaq. Əmlak və investisiya üzrə fiziki şəxslərin gəlir vergisinə aid çıxılmalar Federal Vergi Xidmətinin (FVX) rəsmi saytı üzərindən rəsmiləşdiriləcək.
Prezident Vladimir Putinin aprelin 20-də imzaladığı qanuna əsasən, bundan sonra Rusiya vətəndaşları mənzil əldə etmək və ya ipoteka faizlərini aşağı salmaq üçün, eləcə də fərdi investisiya hesabında nəzərdə tutulan əməliyyatlar üzrə vergi çıxılmaları əldə etmək üçün vergi bəyannaməsi doldurmalı və təsdiqedici sənədlər toplamalı olmayacaqlar.
FVX bütün zəruri informasiyaları məlumat mübadiləsinə könüllü şəkildə qoşulmuş banklardan alacaq. Bundan əlavə, vergi çıxılması əldə etmək və vəsaitlərin qaytarılması üçün müddət dörd aydan ayyarıma qədər azaldılacaq. Vergi ödəyiciləri vergi çıxılması prosesini əvvəlindən sonuna qədər izləyə biləcəklər.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti idman və fitnes üçün xərclərə fiziki şəxslərin gəlir vergisindən çıxılmalar haqqında da qanunu təsdiqləmişdi.