Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 114 milyard 654 milyon manat transfert edib.
Fonddan bildirilib ki, cari ilin birinci rübündə ARDNF tərəfindən dövlət büdcəsinə 2 milyard 513,7 milyon manat transfert olunub.
Neft Fondu bu vaxtadək Mərkəzi Banka isə 3 milyard 949,5 milyon manat transfert edib.