Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldaraq 140 milyon ABŞ dollarına qənaət edib.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, hazırda valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür.