İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıtda “Premier mobile telefon mağazası”nda, Sura Abdullayevaya, Ruxsarə Məmmədseyidovaya, Azat Həsənova, Bəxtiyar Əlizadəyə, Malik Mirzəyevə, Saleh Məmmədova, Ömər Mehralıyevə, Elşən Quliyevə, Samir Axundova, Tural Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, “Dokta” MMC-yə məxsus “Aptek”də, ümumilikdə 22 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.