Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisində artım olub

2021.04.29 15:01 (UTC+04:00)

Cari ilin birinci rübündə Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata əsasən, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, torpaq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə isə 6,2 faizə qalxıb.