Apreldə “Bir Pəncərə” vasitəsilə 17,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2021.04.29 14:16 (UTC+04:00)

2021-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir ki, 2017-ci ildən bu ilin aprel ayınadək “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 milyon ABŞ dolları təşkil edib.