“Azexport.az” portalına 131,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.04.29 12:31 (UTC+04:00)

Yanvar-mart aylarında “Azexport.az” portalına 131,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir ki, martda portala daxil olan ixrac sifarişlərinin dəyəri 42 milyon dollar təşkil edib. 2017-ci ilin yanvar ayından 2021-ci il martın 31-dək portala dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 327 milyon dollar olub.