Birinci rübdə Azərbaycanda xaricilər bank kartları vasitəsilə 83,9 milyon manatlıq əməliyyat aparıb

2021.04.29 12:09 (UTC+04:00)

Koronavirus pandemiyasının təsiri nəticəsində bu ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir ki, birinci rübdə Azərbaycanda xaricilər bank kartları vasitəsilə 83,9 milyon manatlıq əməliyyat aparıb. 2021-ci ilin mart ayında isə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 33,4 milyon manat təşkil edib.