İstixana təsərrüfatına 50 milyon manata yaxın sərmayə qoyulub

2019.03.05 11:17 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən istixana kompleksləri də startaplara dəstək proseslərinə cəlb olunub. "Green tech" istixana kompleksinin baş direktoru Nizami Heybətov bildirib ki, tərəvəz yetişdirilməsi üçün qurulan istixanalarla bağlı yeni texnologoyaları tətbiq edirlər. Bu təsərrüfatlar öz təcrübələrini bölüşməklə startaplara kömək etməyə çalışırlar. Baş direktorun sözlərinə görə, 7 il ərzində "Green tech" istixana kompleksinə 50 milyon manata yaxın investisiya yatırılıb. İstehsal etdikləri məhsulların bir hissəsini isə əsasən Rusiyaya ixrac edirlər: "Xaricə ancaq pomidor göndəririk. Digər tərəvəzlər - badımcan, bibər, xiyar isə yerli bazar üçün nəzərdə tutulub. İldə 8-9 min tona yaxın ixrac potensialımız var. Ümumi potensialımız isə illik 11-12 min tondur".