Almaniya ve Fransa korporativ verginin minimum dərəcəsinin müəyyənləşdirilməsi təşəbbüsünü dəstəkləyir

2021.04.29 13:39 (UTC+04:00)

Almaniyanın maliyyə naziri Olaf Şolz və Fransanın maliyyə naziri Bruno Le Mer mətbuata verdikləri birgə müsahibədə ABŞ-ın dünya üzrə 21 faizlik minimum korporativ vergi dərəcəsi ilə bağlı təklifini dəstəklədiklərini bildiriblər.

Hər iki nazir bu yay beynəlxalq vergi sistemində islahat aparılması ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) bir sazişin imzalanacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, G20 ölkələrinin tələbi ilə korporativ verginin qlobal minimum dərəcəsinin tətbiqi ilə bağlı iş OECD tərəfindən 2014-cü ildən aparılmaqdadır. Məqsəd iri şirkətlərin, xüsusilə rəqəmsal qurumların daha ədalətli şəkildə vergiyə cəlb olunmasını təmin etməkdir.

OECD-də beynəlxalq vergi qanunlarının yenidən tənzimlənməsinin və rəqəmsal şirkətlər üçün vergilərin dəqiqləşdirilməsinin 2021-ci ilin ortalarına qədər uzadılması səbəbindən Fransa 2020-ci ilin dekabr ayından rəqəmsal şirkətlərə vergi tətbiq etməyə başlamışdı.

Fransanın maliyyə naziri beynəlxalq səviyyədə bir saziş olmadığı müddətdə bu verginin tutulmasını davam etdirəcəklərini də bildirib.