Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?
Dövlət Vergi Xidmətindən suala cavab olaraq bildirilib ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən, malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.