Qarşıdakı illərdə Bakıda günəş enerjisi ilə işləyən dayanacaqların quraşdırılması nəzərdə tutulub.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, paytaxtda ümumilikdə 719 dayanacaq var və bunlardan 415-i pavilyondur. Keçən il isə 100-ü pavilyon olmaqla 301 dayanacaq quraşdırılıb.
Ümumilikdə Bakıdakı dayanacaqların 40 faizi yenilənib.