Toxuculuq, geyim və ayaqqabı sahələrində 141,1 milyon manatlıq məhsul istehsal olunub

2021.04.27 17:20 (UTC+04:00)

Cari ilin ilk 3 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 141,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 4,8 dəfə, toxuculuq sənayesində 27,8 faiz, geyim istehsalında 10,8 faiz artım müşahidə olunub.