Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

2021.04.27 16:03 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına bu ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir.

Yanvar-mart aylarında proqramın əhatə etdiyi şəxslərin də böyük əksəriyyəti şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, qadınlar və gənclərdir.

Proqrama cəlb olunanlara təlimlər keçirildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır.