Birinci rübdə Azərbaycanda 6,6 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2021.04.26 16:28 (UTC+04:00)

Yanvar-mart aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 6 milyard 668,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 2 milyard 530,4 milyon dolları idxalın, 4 milyard 137,8 milyon dolları isə ixracın payına düşüb.