Ölkənin ixrac potensialının inkişafında müasir, beynəlxalq ticarət sahəsində tələblərə cavab verən kadrların hazırlanması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” layihəsində iştirak üçün 30-dək yerli şirkət müraciət edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu təlimlər ixracla məşğul olmaq istəyən və ixrac menecerliyi üzrə ixtisaslaşmaq arzusunda olan şəxslər üçün faydalı olacaq.