Keçən ay Azərbaycandan Avropa İttifaqı ölkələrinə 469,8 milyon dollarlıq məhsul göndərilib

2021.04.26 12:14 (UTC+04:00)

Martda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 469,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 150,2 milyon dollar təşkil edib.