Pərakəndə ticarətdə 5,2 milyard manatlıq ərzaq, içkilər və tütün məmulatları satılıb

2021.04.26 11:07 (UTC+04:00)

Bu ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq, o cümlədən 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artım müşahidə edilib.