Qazaxıstan Respublikasının İnvestisiya Mühitinin Təkmilləşdirilməsi Şurasının növbəti iclasında xarici ölkələrin təmsilçiləri ölkənin fiskal sisteminin modernləşdirilməsini tövsiyə ediblər.
Görüşdə Kanadanın və Avropa İttifaqının səfirləri, eləcə də ABŞ və Böyük Britaniyanın təmsilçiləri, beynəlxalq konsaltinq və neft-qaz şirkətlərinin məsul şəxsləri iştirak ediblər. İclasın sədri – Qazaxıstanın Baş naziri Askar Mamin qeyd edib ki, hökumət tərəfindən görülmüş anti-böhran tədbirləri sayəsində Beynəlxalq Valyuta Fonunun aprel icmalında Qazaxıstanın ümumi daxili məhsulunun artım proqnozu 3 faizdən 3,2 faizə qaldırılıb.
Baş nazir bildirib ki, ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində vergi sistemi daha çevik olacaq və cəlb olunan investisiyaların həcminin artmasına şərait yaradacaq.