Əməkhaqqı kartlarının sayı artır

2021.04.26 09:58 (UTC+04:00)

Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən, 2021-ci ilin mart ayında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 190 min ədəd artaraq 9 milyon 769 min ədədə çatıb. Fevral ayında həmin göstərici 9 milyon 579 min ədəd olmuşdu.

Ay ərzində əməkhaqqı kartlarının sayında da artım olub: fevralda 2 milyon 560 min olan əməkhaqqı kartlarının ümumi sayı martda 2 milyon 599 min ədədə çatıb.

Fevralda 1 milyon 121 min əolan kredit kartlarının sayı martda 1 milyon 145 min ədədə qalxıb. Sosial kartların sayında da 8 min artım olub, mart ayının sonunda sosial kartların sayı 3 milyon 458 min olub.