Xarici müəssisə və təşkilatlar əsas kapitala 1,1 milyard manatdan çox vəsait yönəldib

2021.04.23 16:03 (UTC+04:00)

Cari ilin birinci rübündə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 133,3 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 11,7 milyon manatı (89,3 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Fransa və Malayziya sərmayədarlarına məxsus olub.