Azərbaycan martda 2,2 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2021.04.23 14:09 (UTC+04:00)

Martda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 2 milyard 268,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 918,4 milyon dolları idxalın, 1 milyard 349,8 milyon dolları isə ixracın payına düşüb.