Sosial sığorta üzrə daxilolmalarda qeyri–büdcə təşkilatlarının payı artıb

2021.04.23 13:32 (UTC+04:00)

2021-ci ilin birinci rübündə məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri–büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61 faiz təşkil edib və ötən ilin müvafiq dövründən 2,2 faiz çoxdur.