Əsas kapitala yönəldilmiş vəsaitin 81,8 faizi sənaye və tikinti sahələrinə sərf edilib

2021.04.23 12:21 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 65,9 faizi sənaye, 15,9 faizi tikinti sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövrü ərzində ümumi vəsaitin 8,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 1,4 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, ticarət, nəqliyyat vasitələrinin təmiri, 1,3 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, təhsil, hər birində 0,2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə, sosial təminat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.