İtaliya hökuməti transmilli şirkətlərin vergiyə cəlb olunmasına tərəfdardır

2021.04.23 13:27 (UTC+04:00)

İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, G20 dövlətləri bu və ya digər “vergi cənnəti"ndə qeydiyyatda olan transmilli şirkətlərinin ədalətli vergiyə cəlb edilməsinə nail olmalıdır.

REGNUM informasiya agentliyinin xəbərinə görə, İtaliya rəsmisi artıq bu sahədə İtaliya ilə ABŞ arasında müvafiq bir təşəbbüsün hazırlanması üzərində iş aparıldığını, bu ilin yayında məsələnin müzakirəyə çıxarıla biləcəyini qeyd edib.

Luici Di Mayonun sözlərinə əsasən, ədalətsiz vergi qeyri-bərabərliyi ucbatından hazırda İtaliya istehsalçıları bir sıra transmilli şirkətlərlə rəqabətə girə bilmirlər.