Mikayıl Cabbarov: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik

2021.04.22 17:22 (UTC+04:00)

Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu ilin ilk rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4 faiz olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7 faiz çoxdur. Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik”, - deyə nazir qeyd edib.