Tikinti materiallarının istehsalı 10 faiz artıb

2021.04.22 15:34 (UTC+04:00)

2021-ci ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, tikinti əhənginin istehsalı 21,9 faiz, tikinti gipsinin istehsalı 10,3 faiz, tikinti kərpicinin istehsalı 2,7 faiz artıb, sementin istehsalı 8 faiz, asfaltın istehsalı isə 83,7 faiz azalıb.