İlin birinci rübündə Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 135,3 milyon ABŞ dolları, Ukraynaya 122,5 milyon dollar, Belarusa isə 79,1 milyon dollar olub.