Azərbaycanın Türkiyəyə təbii qaz satışı 15,8 faiz artıb

2021.04.21 16:42 (UTC+04:00)

Cari ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə təbii qaz satışı təxminən 5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur.

Energetika Nazirliyindən bildirilib ki, birinci rübdə 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kubmetr, Avropaya təqribən 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 27 milyon kubmetr qaz verilib.