Cari ilin ilk rübündə Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 552 min ton az olub.
Hesabat dövründə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 959 min tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.