Fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır

2021.04.21 15:44 (UTC+04:00)

Cari ilin aprelin 1-nə olan məlumata görə, ölkədə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4 faizi kommersiya qurumlarıdır.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən bildirilib ki, ümumiyyətlə 136 min 997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayında 13,9 faiz artım müşahidə edilib. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16 faiz artıb.