Belarus Respublikasına Rusiyanın vergi sisteminə inteqrasiya olunmaq təklif edilib

2021.04.21 18:05 (UTC+04:00)

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı iki ölkənin vergi sistemlərinin inteqrasiya olunması məqsədilə Rusiyanın vergi sahəsində apardığı işlərlə tanış olmağı təklif edib.

Onun sözlərinə görə, indi iki ölkənin vergi sistemlərinin necə inteqrasiya oluna biləcəyini nəzərdən keçirmək zəruridir. Bu, fayda gətirməlidir, ancaq heç bir halda bir ölkənin sisteminin digər ölkənin sistemini “udmasına” şərait yaratmamalıdır.

Prezident Lukaşenko Mişustinə Rusiyanın dövlət başçısı Putinin tapşırığı ilə Belarusa gəldiyinə görə təşəkkür edərək deyib ki, ünsiyyətlər zamanı “ən mühüm problemlərimizdən birinə” baxılacaq.

Lukaşenko qeyd edib ki, Rusiyanın vergi sahəsində apardığı texnoloji işlərdən söhbət gedərkən Putindən bu yeniliklərin Belarusa pulsuz verilib-verilməyəcəyini soruşub və Putin onun sualına müvafiq qarşılıq verib.