Torpağa görə yerli büdcəyə ödənilən icarə haqqı

2019.03.11 14:37 (UTC+04:00)

Bələdiyyədən icarəyə götürülən torpağa görə yerli büdcəyə icarə haqqı ödənilən zaman bələdiyyə müəssisəyə elektron qaimə-faktura verməlidirmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi zamanı işlərin və xidmətlərin alıcılarına elektron qaimə-fakturanın verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Qeyd olunanlara əsasən, bələdiyyələr tərəfindən icarəyə verilmiş torpaq sahəsinə görə müəssisəyə elektron qaimə-faktura təqdim edilmir.

Əsas: Vergi Məcəlləsi, 16.1.11-6.2-ci maddə