İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proqramın icrasına başlandığı 2017-ci ildə özünüməşğulluğa 1172 nəfər cəlb edilib. 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər olub.
2021-ci ildə 16 min şəxsin özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulub. Bu, proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağı deməkdir.