Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.04.20 17:32 (UTC+04:00)

Aprelin 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105012881 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.3372 AZN (12 faiz) və 100.5899 AZN (6.68 faiz) olan 34 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0184 AZN (6.9899 faiz), orta ölçülmüş qiyməti 100.0972 AZN (6.9471 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 milyon 23 min 100 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il aprelin 18-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 21-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.