Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2021.04.20 15:17 (UTC+04:00)

Yanvar-fevral aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni ayları ilə müqayisədə faktiki qiymətlərlə 12,1 faiz artıb, real ifadədə isə 3,2 faiz azalaraq 331,3 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,3 faiz), Rusiyaya (25,8 faiz), İsveçrəyə (10,6 faiz), Gürcüstana (8,6 faiz), ABŞ-a (4 faiz), Çinə (2,9 faiz), Ukraynaya (1,7 faiz), Almaniyaya (1,5 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), İrana (1,1 faiz), Birləşmiş Krallığa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.