Bugünkü valyuta hərracında tələb 31 milyon dollar olub

2021.04.20 13:30 (UTC+04:00)

Aprelin 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 31 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.