Bank tərəfindən hesabın idarə edilməsi üzrə göstərilən xidmətlərə görə verilən qəbz və ya digər ciddi hesabat blankları vergi ödəyicisinin xərcini təsdiq edən sənəd sayılırmı?
Bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları xidmətlərin alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunur.
Əsas: Vergi Məcəlləsi, 109.8-ci maddə