Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb

2021.04.19 15:32 (UTC+04:00)

Birinci rübdə 36,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 22,2 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin üç ayında 11,9 milyon dollarlıq 17 min tonadək qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.