“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, cari ilin ilk rübündə aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən artım müşahidə olunaraq 9165 ədəd olub. Bunlardan 6605 ədədi (72 faiz) Bakı-Türkmənbaşı-Bakı, 2560 ədədi isə (28 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Aşırılan konteynerlərin sayında isə 30 faiz artım qeydə alınıb və konteynerlərin sayı TEU ekvivalentində 9261-ə çatıb.