Pambıq lifi və ipliyinin ixracı artıb

2021.04.19 14:46 (UTC+04:00)

Yanvar-mart aylarında 46,8 min ton pambıq lifi və 4010 ton pambıq ipliyi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ixrac edilən pambıq lifinin dəyəri 69 milyon dollar, pambıq ipliyinin dəyəri isə 10,2 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni aylarında 43,3 milyon dollarlıq 31 min ton pambıq lifi, 8,6 milyon dollarlıq 3774 ton pambıq ipliyi ixrac edilib.